RU

Makron Avropa üçün “Oreşnik”in analoqunun yaradılmasını istəyib

Fransa prezidenti Avropanın yeni silah sistemlərinə ehtiyacı olduğunu bildirib...

Poliqon xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Avropa ölkələrini Rusiyanın “Oreşnik” raket kompleksinə bənzər xüsusiyyətlərə malik silah sistemləri yaratmağa çağırıb. O, bu fikirləri Fransanın cənubundakı İstr şəhərində yerləşən strateji aviabazada hərbçilər qarşısında çıxışı zamanı səsləndirib. BFMTV telekanalının məlumatına görə, Makron bildirib ki, Fransa Rusiyanın bu raket sistemlərinin birbaşa təsir dairəsində yerləşir və bu, Avropa təhlükəsizliyi baxımından ciddi çağırışdır.

Makron vurğulayıb ki, Avropa, xüsusilə də müəyyən texnoloji imkanlara malik Fransa yaxın perspektivdə “oyun qaydalarını dəyişə biləcək” yeni silah növünə sahib olmalıdır. Onun sözlərinə görə, bu istiqamətdə Almaniya və Böyük Britaniya ilə birgə əməkdaşlıq nəzərdə tutulur. Fransa prezidenti hesab edir ki, bu cür addımlar Avropanın siyasi çəkisini artıracaq və Avropa nüvə caydırıcılığı sistemini daha da möhkəmləndirəcək.

Xatırladaq ki, yanvarın 12-də Rusiya Müdafiə Nazirliyi “Oreşnik” raket kompleksinin Lvovda F-16 qırıcılarının texniki xidmət göstərildiyi zavoda qarşı tətbiq edildiyini açıqlayıb. NATO-nun baş katibi Mark Rütte bəyan edib ki, Moskva bu silahdan istifadə etməklə alyansı Ukraynaya dəstəyi dayandırmağa məcbur etmək istəyir.

Eyni zamanda, Avropa Komissiyasının nümayəndəsi Anitta Hipper bildirib ki, sözügedən zərbə Rusiya prezidenti Vladimir Putinin Ukraynada sülhə doğru addım atmaq niyyətində olmadığını göstərir. Avropa rəsmiləri bu hadisəni regionda gərginliyin daha da artması kimi qiymətləndirirlər.

Poliqon.info

Избранный
128
poliqon.info

1Источники