RU

Nobel Komitəsi Trampa Sülh Mükafatının medalını özündə saxlamağa icazə verib

Qurum ABŞ prezidentinə laureat statusunun verilmədiyini xüsusi vurğulayıb...

Norveç Nobel Komitəsi ABŞ prezidenti Donald Trampa Venesuela müxalifətinin nümayəndəsi Mariya Korina Maçadonun ona təqdim etdiyi Nobel Sülh Mükafatının medalını saxlamağa icazə verib.

Poliqon xəbər verir ki, bu barədə komitə X sosial şəbəkəsində yaydığı açıqlamada məlumat verib.

Nobel Komitəsinin bəyanatında bildirilib ki, medalın sahibi dəyişə bilər, lakin Nobel Sülh Mükafatı laureatı adı başqa şəxsə ötürülə bilməz. Qurum bununla Donald Trampın Nobel Sülh Mükafatının rəsmi laureatı olmadığını və bu statusun yalnız mükafatın ilkin sahibinə məxsus olduğunu açıqlayıb.

Xatırladaq ki, yanvarın 6-da Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ABŞ-ın ölkəyə qarşı həyata keçirdiyi hərbi əməliyyatdan sonra 2025-ci ildə aldığı Nobel Sülh Mükafatını Donald Trampa verməyə hazır olduğunu bəyan etmişdi. O, mükafatı aldığı zaman da onu ABŞ prezidentinə həsr etdiyini, Trampın bu mükafata layiq olduğunu düşündüyünü bildirmişdi. Maçado həmçinin qeyd etmişdi ki, yanvarın 3-də Tramp bir çoxlarının mümkünsüz saydığı nəticələrə nail olub.

Yanvarın 15-də Donald Tramp Ağ evdə Mariya Korina Maçado ilə görüş keçirib. Görüşdən sonra müxalifət lideri Nobel Sülh Mükafatının medalını ABŞ prezidentinə hədiyyə etdiyini açıqlayıb. Fox News telekanalının məlumatına görə, Donald Tramp medalı qəbul edib. Bununla belə, Nobel Komitəsinin mövqeyinə əsasən, bu addım Trampa Nobel laureatı statusu qazandırmır.

Poliqon.info

Избранный
42
3
poliqon.info

10Источники