Yəməndə fəaliyyət göstərən Prezident İdarəetmə Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi xarici işlər naziri Şaya Möhsün əl-Zindanini yeni baş nazir təyin edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə SABA xəbər agentliyi məlumat yayıb.
"Doktor Şaya Möhsün əl-Zindani Nazirlər Şurasının sədri təyin edilsin. Ona hökumət qurmaq tapşırılsın", - fərmanda bildirilir.
Məlumatda bildirilib ki, mövcud kabinet yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək.