RU

ABŞ-də güclüZƏLZƏLƏ

ABŞ-nin qərb sahillərində, Oreqon ştatı ərazisində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə  ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 16,1 min nəfər əhalisi olan Kus-Bey şəhərindən 306 kilometr qərbdə yerləşib. Yeraltı təkanların ocağı 7,1 kilometr dərinlikdə olub.

Hazırda dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur. Həmçinin yerli hakimiyyət orqanları sunami təhlükəsi elan etməyib.

Nuriyyə NATİQQIZI

Избранный
116
redaktor.az

1Источники