RU

Təranə mənə tez tez zəng edir, danışırıq

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Təranəyə halallıq verməmişəm. Onunla axirətdə görüşmək istəyirəm. Bunu bura gətirib çıxartmayaq. Amma Allah qapısını açsın, oradan çıxsın. Onu qızları gözləyir. Heç bir kəs ananın yerini verə bilməz".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov hazırda həbsxanada olan prodüser Təranə Səmədova ilə bağlı açıqlamasında deyib. O bildirib ki, Təranə tez- tez ona zəng edir:

"Bir insan mənə ağlaya-ağlaya zəng edirsə, ona necə üz çevirim? Yardım edəcəyəm, deməsin ki, vaxtında düz edib onu vurmuşam. Bir az etdiyi əməllərdən utansın. Onu utandırmaq üçün etmişəm. Göstərdim ki, mənə nələr çəkdirdin, mən sənə nelər etdim. Arada zəng edir, danışırıq. Zəng edəndə maddi yardım istəyir. Başqa nə edə bilərəm. Bir az da həyat yoldaşımın təkidi ilə ona köməklik etdim".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
49
axsam.az

1Источники