RU

Azərbaycanda ilk dəfə Hindistanın etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilən konfrans keçirilir (FOTO)

Bakı.Trend:

Ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığıilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressivsiyasətinə həsr edilmiş “Hindistanda Zikhlərə və digər milliazlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlıbeynəlxalq konfrans keçirilir.

Trend xəbərverir ki, tədbirdə Pəncab əyalətinin insan hüquqları və azlıqlarüzrə naziri Rameş Singh Arora və digər rəsmilər, eləcə də Zikhicmasının Kanada, Böyük Britaniya və ABŞ-dəki nüfuzlunümayəndələri, həmçinin beyin mərkəzlərinin rəhbərləri, xariciuniversitetlərin insan hüquqları və etnik azlıqlar sahəsindəfəaliyyət göstərən alimləri, Hindistan hökumətinin repressiv,irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirakedirlər.

Konfransda Hindistan hökumətinin Zikhlərə və digər etnikazlıqlara qarşı sistemli şəkildə apardığı irqi ayrı-seçkilik,zorakılıq və repressiv siyasəti, bu xüsusda Hindistan hökumətininBMT-nin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”,“İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya” və “İşgəncələrəqarşı konvensiya” üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdəkobud şəkildə pozulması məsələləri müzakirə ediləcək. Realvəziyyətin beynəlxalq təşkilatların gündəliyində saxlanılması vəmüvafiq qərarların qəbul olunması, xüsusilə BMT-nin İnsan HüquqlarıKomitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuşhüquqları, məhkəmə qərarları olmadan icra edilmiş edamlarınaraşdırılması və BMT-nin xüsusi məruzəçiləri tərəfindən hüquqpozuntularının sənədləşdirilməsi və beynəlxalq monitorinqəçıxarılması imkanları ətrafında diskussiyalar aparılacaq.

Beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının və akademikçevrələrin bu prosesdə rolu, onların hazırladığı hesabatların,hüquqi rəylərin və tövsiyələrin beynəlxalq qərar qəbuletməmexanizmlərinə təsiri imkanları müzakirə mövzusu olacaqdır.

Xəbər yenilənəcək

Избранный
114
22
az.trend.az

10Источники