ain.az, Lent az saytına istinadən bildirir.
Bakıda motosikletçi qəzada ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində baş verib.
23 yaşlı Rusiya Federasiyası vətəndaşı Ələkbərov Emil Elşən oğlunun idarə etdiyi “Haojue HJ150-6” markalı motosikletlə 30 yaşlı Yasanov Əli Allahverdi oğlunun idarə “Hyundai HD-65” markalı yük avtomobili toqquşub. Nəticədə motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.