RU

"Hindistanda dini azlıqlara qarşı zorakılıq artıq adi hala çevrilib"

"Hindistanın müxtəlif bölgələrində xristianların və digər dini azlıqların inanclarına görə mütəmadi şəkildə ayrı-seçkiliyə və zorakılığa məruz qalması artıq adi hala çevrilib".

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Siqh federasiyasının sədri Bual Moninder Sinq bu gün Bakıda keçirilən “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, Hindistan Konstitusiyası bərabər hüquqları nəzərdə tutsa da, praktikada bu hüquqlar təmin edilmir:

“Xüsusilə siqh icması bu siyasətin ən ağır nəticələrini yaşayıb. 1984-cü ildə baş verən hadisələri anlamaq üçün zorakılığın köklərinə nəzər salmaq vacibdir. Bildirilib ki, siqh icmasına qarşı təzyiqlərin əsas səbəbləri siyasi fürsətçilik, dövlət təzyiqi və siqh kimliyinin inkarıdır”.

B.M Sinq qeyd edib ki, Hindistan Konstitusiyasının 25B maddəsində siqhlər ayrıca dini kimlik kimi tanınmır və hinduizmin qolu kimi təqdim olunur:
“Bu isə siqh kimliyinin konstitusion müstəvidə silinməsinə xidmət edir və son onilliklərdə icmaya qarşı zorakılıq, təqib və cinayətlərin artmasına səbəb olub”.

Избранный
85
1
publika.az

2Источники