RU

Hicran Hüseynova: Sessiya dövründə 5 qanun layihəsi müzakirə olunub

BAKI, 16 yanvar. TELEQRAF

Hesabat dövründə Ailə, qadın və uşaq məsələləri komitəsinin 13 iclası keçirilərək 15 məsələyə baxılmışdır. Sessiya dövründə 5 qanun layihəsi müzakirə olunub. Onlardan 1 qanun layihəsi bir oxunuşda,4 qanun layihəsi üç oxunuşda müzakirə edilib. Bu qanun layihələri ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində hüquqi bazanın təkmilləşdirilməsinə mühüm töhfələr verəcək.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasının ilk iclasında komitə sədri Hicran Hüseynova deyib.
O qeyd edib ki, ölkəmizin yaratdığı yeni reallıqlar, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar bütövlükdə Milli Məclisinfəaliyyətinə təsir göstərib: “Hörmətli Sahibə xanım bütün Komitələr, Parlamentlərarası əlaqələr üzrə İşçi qruplarının yüksək səviyyədə işləməsinə geniş imkanlar yaradır. Əlbəttə ki, bu böyük stimuldur.
Hesabat dövrü ərzində Komitə 3 beynəlxalq səviyyəli görüş keçirmişdir.Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri və üzvləri"Konstitusiya və Suverenlik İli" çərçivəsindəkeçirilmiş bir sıra tədbirlərdə,eyni zamanda,həm parlamentdə, həm də respublika əhəmiyyətli, eləcə də beynəlxalqforum, konfrans, simpoziumlarda, dəyirmi masa və görüşlərdə fəal iştirakvə çıxış etmişlər.

Eyni zamanda, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri və üzvləri ölkənin ictimai- siyasi gündəmi, qəbul olunmuş qanunların əhəmiyyəti, ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı, erkən nikah və digər mövzularla bağlı mətbuatda, sosial mediadamüsahibələr vermiş, onların məqalələri dərc olunmuş,TV proqramlarda çıxışlar etmişlər.
Sessiya ərzindəKomitəmizinüzvləri parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi aktiv olmuş, bir sıra görüşlər keçiriblər. Müxtəlif beynəlxalq Forum, konfrans və simpoziumlarda iştirak və çıxışlar ediblər.

Komitə sədri bildirib ki, vətəndaşlarınyazılı və şifahi müraciətlərihəm Milli Məclisdə qəbul zamanı, həm də rayonlarda seçicilərlə görüşlər zamanı mütəmadi olaraq dinlənilmiş, qeyd olunan məsələlərlə bağlı müvafiq tədbirlər görülmüş və vətəndaşlara lazımi izahatlar verilib: “Həmçinin, ərizə və müraciətlərinəksəriyyəti ilə bağlı müvafiq icra strukturları və təşkilatlara həm yazılı şəkildə məktublar göndərilmiş, həm də telefon əlaqəsi saxlanılmış və qanun çərçivəsində həllinə nail olunmuşdur”.

Избранный
103
teleqraf.com

1Источники