RU

Məqsəd HƏMAS ı silahsızlaşdırmaq, uzaqlaşdırmaqdır Mübariz Göyüşlü

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

""Sülh Şurası"nın yaradılması ABŞ Prezidenti Donald Trampın sülh yaratma cəhdlərindən biridir. Açığı, o qədər effektiv olacağına inana bilmirəm. “Sülh Şurası” və Trampın bu cəhdlərinin uğursuzluğa düçar olacağını düşünürəm".

Bunu Redaktor.az-a  "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü ABŞ Prezidenti Donald Trampın Qəzzanı idarə etmək üçün “Sülh Şurası”nın yaradıldığını elan etməsindən danışarkən qeyd etdi:

"Bundan əvvəl Trampın bütün fəaliyyətləri konkret İsrail dövlətinin müdafiəsinə yönəlmişdi. Bu gün də davam edir, hətta İsrailin Baş naziri Benyamin Netanyahu ilə axırıncı görüşlərində Vaşinqtonda onu xeyli tərifləmişdi. Bu mənada Trampın bu məsələdə ədalətli yanaşa biləcəyi biraz məndə şübhə doğurur və bu situasiyada bu fikirlə də “Sülh Şurası” yaratmaq və prosesə müdaxilə etmək, sülh yaratmağa cəhd göstərmək uğursuz olacaq. Təbii, qısamüddətli sabitlik yarada bilər, uzunmüddətli sülh gözləmirəm. Belə bir təəssürat yaranır ki, məqsəd HƏMAS-ı silahsızlaşdırmaq, uzaqlaşdırmaqdır. Sanki Tramp tərəfindən sülhdən daha çox buna nail olmağa çalışılır.

Ümumiyyətlə, Fələstin məsələsinin birmənalı şəkildə həll olunması üçün problemi böyük dövlətlər konkret iki dövlətlə həll prinsipində ciddi şəkildə yanaşıb bu məsələni həll eləməlidirlər. Bununla da düşünürəm ki, Fələstin, HƏMAS, Qəzza və digər Fələstin–HƏMAS qarşıdurması kökündən həll olar".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
100
1
redaktor.az

2Источники