Türkiyədə məşhurlara qarşı narkotik vasitələrlə bağlı istintaq çərçivəsində hüquq mühafizə orqanları növbəti əməliyyat keçiriblər.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı keçmiş futbolçu Ümit Karan saxlanılıb.