ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun qəfil tələbi ilə Belarus Silahlı Qüvvələrində (SQ) genişmiqyaslı yoxlama başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç məlumat verib.
“Prezidentin göstərişi ilə silahlı qüvvələrdə genişmiqyaslı yoxlama başlanıb. Yoxlama fəaliyyətləri qəfil xarakter daşıyır”, – deyə o bildirib.
Hərbi komandirin sözlərinə görə, hərtərəfli yoxlama bir neçə mərhələdən ibarət olacaq.
Maqsud
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.