RU

IPU vitse-prezidenti Sevil Mikayılova Dohada Qətər parlamentinin sədr müavini ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycanın parlament deputatı, Beynəlxalq Parlamentlərarasıİttifaqının (IPU) vitse-prezidenti Sevil Mikayılova Dohada Qətərin“Shura Council”nın (parlament) sədr müavini Həmdə Əl-Sulayti iləgörüşüb.

Bu barədə Trendxəbər verir.

Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığıilə Sevil Mikayılova 13-14 yanvar tarixlərində IPU-nun İcraiyyəKomitəsinin 298-ci sessiyasında iştirak etmək üçün Dohaya səfəredib. Tədbir çərçivəsində, Qətər parlamenti sədrinin müavini HəmdaƏl-Sulaytinin təşəbbüsü ilə Azərbaycanın İPU-dakı nümayəndəsi SevilMikayılova ilə görüş keçirilib.

Görüşdə dünyada parlamentlərarası münasibətlərin mövcudvəziyyəti və IPU-nun prioritet fəaliyyət istiqamətləri müzakirəolunub. Həmçinin Azərbaycan və Qətər parlamentləri arasındakıyüksək səviyyəli münasibətlər vurğulanıb.

Görüş zamanı vurğulanıb ki, güclü ikitərəfli əlaqələrparlamentlərarası əməkdaşlığın inkişafı üçün əlverişli şəraityaradır. Azərbaycan və Qətərin Beynəlxalq Parlamentlərarası İttifaqçərçivəsində də bir-birini dəstəklədiyi xüsusi olaraq qeydolunub.

IPU
Məqalədə:
Избранный
125
4
az.trend.az

5Источники