RU

Qanunsuz silah saxlayan veteran HƏBS EDİLDİ

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən heyvan daşınması ilə əlaqədar Xocalı rayonuna ezam edilən şəxs orada evlərin birindən tapdığı “Kalaşnikov” avtomatını özü ilə götürüb.

KONKRET.az xəbər verir ki, 1985-ci il təvəllüdlü Y.Hüseynov silahlı gizlətmək məqsədilə Ağdamda yaşayan atasının evinin həyətində torpağa basdırıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan 40 yaşlı Bərdə sakini törətdiyi əməli etiraf edib. Məlum olub ki, Y.Hüseynov Vətən müharibəsi iştirakçısıdır və müxtəlif medallarla təltif edilib.

Məhkəmənin qərarı ilə tapdığı silahı könüllü olaraq polisə təhvil vermədiyi üçün Y.Hüseynov 1 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Ağagül Mürsəlov
KONKRET.az

Избранный
127
1
konkret.az

2Источники