RU

Ötən il Energetika Nazirliyi tərəfindən 157 icazə verilib

Bakı, 16 yanvar, AZƏRTAC

2025-ci ildə Energetika Nazirliyi tərəfindən 157 icazə verilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı üzrə 97, ixracı üzrə 36, tranziti üzrə 22, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üzrə isə 2 icazə verilib.

Bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Избранный
50
5
azertag.az

6Источники