RU

Bakıda insanları lotereya oyunlarına cəlb edən qadına HÖKM OXUNDU

Bakıda lotereya oyunları təşkil edərək, bir neçə şəxsin pullarını mənimsəyən 1996-cı il təvəllüdlü Gülay Sadıqzadə məsuliyyətə cəlb olunub.

KONKRET.az-ın məlumatına görə, təqsirləndirilən şəxs özünü lotereya oyunlarını təşkil edən şəxs kimi təqdim etməklə bir neçə şəxsə yalan vəd verib. O, insanları hər ay 500-1000 manat ödəniş etməklə növbəsi çatdıqda 5000-10000 manat pul götürəcəyinə inandırıb.

Gülay Sadıqzadə zərərçəkənlərə ümumilikdə 25 700 manat zərər vurub. Qadının bu əməlinə görə azadlığı 3 il müddətinə məhdudlaşdırılıb.

Ağagül Mürsəlov
KONKRET.az

Избранный
38
1
konkret.az

2Источники