RU

Mesaj yazışması QANLA BİTDİ: İstirahətdə sevgilisini QƏTLƏ YETİRDİ – FOTO

Hindistanda Rusiyalı turist sevgilisini qətlə yetirib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Hindistanın Qoa ştatının şimalındakı Arambol şəhərində dəhşətli qətl hadisəsi baş verib. 37 yaşlı Aleksey L. və Yelena K. istirahət üçün gəldikləri bu şəhərdə mənzil kirayələyiblər.

Gecə saatlarında kişi sevgilisinin yerli sakinlərdən biri ilə yazışdığından şübhələnib və onu qısqanıb. Tərəflər arasında yaranan münaqişə zamanı qəzəblənən Aleksey qadına bir neçə bıçaq zərbəsi endirib.

Lakin o, bununla kifayətlənməyib. Təcavüzkar qan içində olan qadının əllərini bağlayıb, onu vannaya qoyub və boğazını kəsib.

Səs-küyü eşidən qonşular polis çağırıblar. Aleksey qaçmağa cəhd etməyib və hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

İndi qatili Hindistan qanunlarına əsasən həbs cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
111
interpress.az

1Источники