RU

Qırğızıstan televiziyasında rus dilində yayımlama QADAĞAN OLUNDU

Ajans.az xəbər verir ki,bu barədə cümə günü televiziya şirkətlərinin nümayəndələri ilə görüşdə mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Marat Taqayev bildirib. Taqayev vurğulayıb ki, bəzi özəl kanallar qanuni tələblərə əməl etmək üçün on il əvvəl yayımlanmış qırğız dilində proqramları yenidən efirə verir və yeni yerli məzmun hazırlamırlar. “Biz özəl televiziya kanallarının inkişafına mane olmuruq. Lakin qırğız dili ilə bağlı qanuni tələblərə ciddi şəkildə əməl edilməlidir. Media bazarındakı vəziyyəti bilirəm, amma izləyicilərin hüquqlarını qorumaq bizim borcumuzdur”, – deyə nazir müavini əlavə edib. O qeyd edib ki, televiziya şirkətlərinə “Qırğızfilm” və “Qırğızserial” kolleksiyalarından 400-dən çox film, 40 cizgi filmi və 10 serial pulsuz təqdim olunub. Fevral ayının sonuna qədər kanallar bu məzmunları təmin etmək üçün müvafiq müqavilələr imzalamalıdırlar. Əks halda, ilin sonuna qədər hakimiyyət orqanları “bu cür özəl televiziya kanallarına qarşı tədbir görəcəklər”. Qırğızıstanda televiziya yayımında dövlət dilinin istifadəsi haqqında qanuna dəyişikliklər ötən ilin avqust ayında qəbul edilib. Əvvəllər kanallardan yayım qrafikinin 50%-ni qırğız dilində məzmunla doldurmaq tələb olunurdu. Hazırda ölkədə 42 televiziya kanalı fəaliyyət göstərir. Onlardan ikisi – NTRK və ELTR – rəsmi olaraq dövlət tərəfindən maliyyələşdirilir. Dövlətlərarası “Mir” televiziya və radio şirkəti də dövlət xərcləri ilə maliyyələşir. Büdcə qanununa əsasən, 2026-cı ildə Qırğızıstanın televiziya və radio yayımçılarına ayrılan dövlət xərcləri 1,67 milyard soma (təxminən 19,1 milyon dollar) səviyyəsinə çatacaq ki, bu da illik müqayisədə 164,2 milyon som (təxminən 1,9 milyon dollar) çoxdur. Qeyd edək ki, “Azattyk” radiosu yazıb ki, Kreml tərəfdarı hesab olunan Rusiya televiziya kanalları – Birinci Kanal, Rusiya 24, Kultura, Zvezda və digər kanallar – Qırğızıstanda digər xarici media qurumlarına nisbətən daha geniş yayımlanır.

 

Избранный
154
Ajans.az

1Источники