RU

Əksər şəhərlər 2035-ci ilə qədər dayanıqlı mobilliklə bağlı məqsədlərə çatmaya bilər - BCG

Bakı. Trend:

Şəhərlərin 90 faizindən çoxu 2035-ci ilə qədər şəhərmobilliyinin yaxşılaşdırılması üzrə hədəflər müəyyən edib. Buhədəflər şəxsi avtomobillərdən istifadədən daha dayanıqlı nəqliyyatformatlarına – ictimai nəqliyyata, velosiped və piyadamarşrutlarına keçidi nəzərdə tutur. Lakin "Boston Consulting Group"(BCG) qlobal konsaltinq şirkətinin yeni araşdırması göstərib ki,şəhərlər orta hesabla bu hədəflərdən 10–15 faiz-bənd geriqalır.

Trend bu barədəşirkətə istinadən xəbər verir.

Məlumata görə, əvvəlki dövrlərdə şəhərlərin əksəriyyətinin on ilərzində cəmi 3-5 bənd irəliləyiş əldə etdiyi nəzərə alınsa, onlarınbir çoxunun tələb olunan müddətdə mövcud fərqi aradan qaldırabilməyəcəyi ehtimal olunur.

"Dəyişikliklərə sadiqliyə baxmayaraq, şəhər hakimiyyətlərimobillik transformasiyasının asan başa gəlmədiyini etiraf edirlər.BCG-nin sorğusunda iştirak edən respondentlərin 90 faizindən çoxuən böyük effekt verəcək tədbirləri müəyyənləşdirməyin çətinolduğunu bildirib. Onların yarıdan çoxu ictimai müqaviməti əsasmaneə kimi göstərib. Eyni zamanda şəhərlərin 50 faizindən azıqərarların qəbul edilməsi prosesinə sakinləri sadə onlaynsorğulardan kənar formatlarda cəlb edir.

Bu nəticələr "BCG City Mobility Compass: The Global Champions ofUrban Mobility" adlı tədqiqatda təqdim olunub. Tədqiqatçərçivəsində 150 şəhər üzrə 20-dən çox göstərici – yol sıxlığındanvə emissiyalardan tutmuş ictimai nəqliyyatın əlçatanlığına qədər –təhlil edilib. Həmçinin 50-dən çox şəhər rəhbərinin sorğusununnəticələrindən istifadə olunub”, – şirkət qeyd edir.

BCG-nin Mobillik İnnovasiyaları Mərkəzinin rəhbərlərindən birivə hesabatın həmmüəllifi Markus Hagenmayr bildirib ki, şəhərlərinvaxtı azdır.

Onun sözlərinə görə, mövcud dəyişiklik templəri ilə şəhərlərinəksəriyyəti 2035-ci ilə qədər mobillik hədəflərinə çatmayacaq vəhazırda fərq 10–15 faiz-bənd təşkil edir.

“Təkcə ambisiyalar kifayət deyil. Sürətləndirilmiştransformasiyaya aparan ilk addım şəhərin hansı sahələrdə geriqaldığını və hansı tədbirlərin ən qısa zamanda real nəticələrverəcəyini dəqiq anlamaqdır”, – o bildirib.

Hesabatda bu sahədə uğur əldə etmiş şəhərlər də təqdimolunub:

  • inkişaf etmiş ictimai nəqliyyata malik meqapolislər(Mass-Transit Megacities): lider Sinqapur, ardınca Tokio, HonqKonq, Seul və London;

  • çiçəklənən innovasiya mərkəzləri (Prosperous InnovationCenters): birinci yerdə Utrext, daha sonra minimal fərqlə Helsinki,Vyana, Amsterdam və Kopenhagen;

  • orta ölçülü ənənəvi şəhərlər (Traditional Middleweights): liderStokholm, ardınca Manhaym, Vellinqton, Tallin və Rotterdam;

  • multimodal metropollar (Multimodal Metropolises): lider Berlin,yüksək mövqelərdə həmçinin Barselona, Madrid, Nankin və Pekin;

  • şəxsi nəqliyyatın üstünlük təşkil etdiyi meqapolislər (PrivateTransport Powerhouses): ən yüksək qiymətləndirməni San-Fransiskoalıb, onun ardınca Nyu-York, Əbu-Dabi, Dubay və Sidney şəhərlərigəlir.

  • inkişaf etməkdə olan nəhəng şəhərlər (Developing Urban Giants):ilk beşlikdə Kuala-Lumpur liderdir, ardınca Banqalor, Manila, Dehlivə Dakka gəlir.

Qeyd olunur ki, Mərkəzi Asiya və Xəzər regionu, o cümlədən Bakı,Daşkənd, Almatı və İstanbul şəhərləri hələlik BCG City MobilityCompass tədqiqatında təmsil olunmayıb.

Məlumata görə, nəzərə alsaq ki, əvvəlki dövrlərdə şəhərlərinəksəriyyəti on il ərzində cəmi 3–5 bənd irəliləyiş əldə edirdi,onların bir çoxunun tələb olunan müddətdə mövcud fərqi aradanqaldıra bilməyəcəyi ehtimal olunur.

Избранный
138
az.trend.az

1Источники