RU

3 gün əvvəl qəzaya düşən şəxs öldü

Şəkidə 3 gün əvvəl qəzaya düşən şəxs ölüb.

Bakıvaxtı.az-ın Report-a istinadən məlumatına görə, yanvarın 13-də Şəki rayonunun Çayqaraqoyunlu kəndi ərazisində "Opel" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü, 32 yaşlı Murad Abdurahmanov bu gün günorta saatlarında xəstəxanada vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Избранный
130
5
bakivaxti.az

10Источники