RU

Üç gün əvvəl qəzaya düşdü, bu gün HƏYATINI İTİRDİ

Yanvarın 13-də  Şəki rayonunun Çayqaraqoyunlu kəndi ərazisində “Opel” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü, 32 yaşlı Murad Abdurahmanov bu gün günorta saatlarında xəstəxanada vəfat edib. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Избранный
136
1
bizim.media

10Источники