Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) və "Mastercard" şirkəti arasında2026–2029-cu illər üzrə strateji əməkdaşlıq istiqamətləri ətrafındafikir mübadiləsi aparılıb.
Trend bubarədə AMB-yə istinadən xəbər verir.
Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazımov "Mastercard"şirkətinin sədr müavini və Strateji inkişaf üzrə prezidenti ConHantsmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş çərçivəsində ölkədə maliyyə inklüzivliyiningenişləndirilməsi, rəqəmsal maliyyə infrastrukturunungücləndirilməsi və ödəniş sistemlərinin səmərəliliyinin artırılmasıistiqamətində həyata keçirilən təşəbbüslər müzakirə olunub.
Görüşdə həmçinin tərəflər arasında əməkdaşlığın mövcudsəviyyəsindən məmnunluq ifadə edilib, 2026–2029-cu illər üzrəstrateji əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsiaparılıb.