RU

Kosmik missiyanın üzvləri tibbi müayinəyə cəlb olunublar

Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.

"SpaceX" şirkətinə məxsus "Crew-11" kosmik missiyasına daxil olan bütün ekipaj üzvləri tamamilə təhlükəsizdir və hazırda planlı tibbi müayinədən keçirilirlər.

Reyting.az xəbər verir ki, bunu ABŞ-nın Kosmos Araşdırmaları üzrə Milli Agentliyinin rəhbəri Cared Ayzekman bildirib.

Onun sözlərinə görə, dərhal geri dönən ekipaj üzvünün səhhəti ilə bağlı da heç bir təhlükə yoxdur və Yerə dönən astronavtın vəziyyəti tamamilə sabitdir. O, bununla bağlı yayılan şayiələri təkzib edib.

Xatırladaq ki, "Crew Dragon" kosmik gəmisinin "Crew-11" ekipajının üzvləri 15 yanvarda Beynəlxalq Kosmik Stansiyadan Yerə qayıdıblar. Ekipajda Rusiyadan olan kosmonavt Oleq Platonov, amerikalı astronavtlar Zena Kardman və Maykl Fink ilə yaponiyalı astronavt Kimiya Yui da olub.

Missiyanın erkən başa çatması bir astronavtda baş vermiş tibbi hadisə ilə bağlıdır, ancaq bunun stansiyada işlə bağlı yaranmış problem, açıq kosmosa çıxış hazırlığında nöqsanlar, yaxud da hər hansı bir zədə ilə əlaqəsi olmadığı bildirilib.

Oqtay QORÇU

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
78
reyting.az

1Источники