RU

ASCO-ya yeni təyin olunan sədrin DOSYESİ

Bakı.Trend:

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiqSərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov “Azərbaycan Xəzər DənizGəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) İdarə Heyətininsədri təyin edilib.

Trend xəbərverir ki, yeni Ə.Cəlilov 1978-ci ildə anadan olub. 1995 – 2001-ciillərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatıntənzimlənməsi fakültəsi üzrə bakalavr, daha sonra isə qiymət vəqiymətin əmələ gəlməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərəkmagistr dərəcəsi alıb.

2002 – 2005-ci illərdə Milli Bankın Bazar əməliyyatlarıdepartamentində çalışıb.

2005 – 2013-cü illərdə “AGBank” ASC-nin Metodologiya şöbəsininrəisi, İnkişaf departamentinin direktoru, Maliyyə nəzarəti üzrə başdirektor vəzifəsində işləyib. 2013-cü ildə “AGBank” ASC-də İdarəHeyəti sədrinin müavini təyin edilib. 2016 – 2020-ci illərdə“AGBank” ASC-də İdarə Heyətinin sədri vəzifəsində işləyib.

2021 – 2023-cü illərdə Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin (RİNN) tabeliyində olan “Azərpoçt” MMC-nin İdarəHeyətinin sədri olub. 2023-cü ilin oktyabrın 30-da RİNN-intabeliyində olan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətininsədr müavini vəzifəsinə təyin olunub.

2013-cü ildə Beynəlxalq Sertifikatlaşdırılmış MühasiblərAssosiasiyası (ACCA) tərəfindən Beynəlxalq Maliyyə Hesabatı üzrədiplomla təltif olunub.

Əfqan Cəlilov Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Nəqliyyat və KommunikasiyaHoldinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvü təyinedilib.

Bu vaxtadək Ə.Cəlilov Dövlət Dəniz və Liman Agentliyinin İdarəHeyətinin sədri vəzifəsini müvəqqəti icra edirdi.

Məqalədə:
Избранный
110
31
az.trend.az

10Источники