RU

Gürcüstan dövləti İslam icması üçün 4 milyon 150 min lari vəsait ayırıb

Tbilisi, 16 yanvar, AZƏRTAC

Gürcüstan hökuməti 2026-cı ildə ölkənin dini icmaları üçün dövlət büdcəsindən 6 milyon 500 min lari vəsait ayırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu vəsaitin 4 milyon 150 min larisi Gürcüstan İslam İcması üçün nəzərdə tutulub.

Ümumi vəsaitin 1 milyon 100 min larisi Erməni apostol Xristian İcmasına, 700 min larisi Roma-Katolik Xristian İcmasına, 550 min larisi Gürcüstan Yəhudi İcmasına veriləcək.

Qeyd olunub ki, bu qərar dini birliklərlə məsləhətləşmələr və faktiki hallar (icma üzvlərinin sayı, din xadimlərinin sayı və ibadət bina və tikililərinin sayı) öyrənildikdən sonra qəbul edilib.

“Vəsaitin ayrılmasından məqsəd sovet totalitar rejimi dövründə dini birliklərə vurulmuş ziyanın qismən ödənilməsinin təmin etməkdir”, - deyə məlumatda vurğulanır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
159
azertag.az

1Источники