RU

İranda etirazlarda 3 min nəfər həbs edilib

İranda hökumət əleyhinə etirazlarda iştirak edən 3 min nəfər həbs edilib.
 
Bu barədə "Tasnim” agentliyi məlumat yayıb.
 
Qeyd edək ki, İranda dekabrın 29-da milli valyuta rialın kəskin ucuzlaşmasından sonra başlayan etirazlar ölkənin əksər iri şəhərlərində hökumət əleyhinə aksiyalara çevrilib. Etirazlarda 2000-ə qədər insan öldüyü bildirilir. Yanvarın 12-də yüz minlərlə insanın hökumətə dəstək məqsədilə keçirdiyi kütləvi nümayişlərdən sonra etirazlar səngiyib.
Избранный
193
5
sitat.info

6Источники