RU

Ən təhlükəli və sakit ölkələr açıqlandı - Rusiya birincidir

Qlobal Sülh İndeksi (QSİ) reytinqinə görə Rusiya dünyanın ən təhlükəli ölkəsidir.

Ölkə.Az-ın məlumatına görə, Rusiya İqtisadiyyat və Sülh İnstitutu (İEP) tərəfindən tərtib edilən siyahıda sonuncu sırada - 163-cü yerdədir. Reytinq institutun veb saytında dərc olunub.

2007-ci ildən bəri tərtib edilən Qlobal Sülh İndeksi dünya əhalisinin 99,7%-nin yaşadığı 163 ölkəni əhatə edən və mötəbər mənbələrdən 23 keyfiyyət və kəmiyyət göstəricisindən istifadə edən dünyanın aparıcı sülhsevərlik göstəricisidir.

İndeks dünyanın vəziyyətini üç sahədə ölçür: ictimai təhlükəsizlik və mühafizə səviyyəsi, davam edən daxili və beynəlxalq münaqişələrin miqyası, o cümlədən militarizasiya dərəcəsi.

Hesabatda həmçinin mövcud münaqişələrin təhlili, eskalasiya nöqtələri, risk qiymətləndirmələri, zorakılığın iqtisadi nəticələri və davamlılığın gücləndirilməsində müsbət sülhün rolu yer alır.

Rusiya 3441 bal toplayıb (keçən illə müqayisədə -2). Ukrayna 3434 balla (-3) ardınca gəlir. Ən təhlükəli beş ölkə arasında Sudan, Konqo Demokratik Respublikası və Yəmən də yer alıb.

Ən təhlükəsiz ölkələr İrlandiya, İslandiya, Yeni Zelandiya, Avstraliya və İsveçrə olub.

Избранный
265
olke.az

1Источники