Qlobal Sülh İndeksi (QSİ) reytinqinə görə Rusiya dünyanın ən təhlükəli ölkəsidir.
Ölkə.Az-ın məlumatına görə, Rusiya İqtisadiyyat və Sülh İnstitutu (İEP) tərəfindən tərtib edilən siyahıda sonuncu sırada - 163-cü yerdədir. Reytinq institutun veb saytında dərc olunub.
2007-ci ildən bəri tərtib edilən Qlobal Sülh İndeksi dünya əhalisinin 99,7%-nin yaşadığı 163 ölkəni əhatə edən və mötəbər mənbələrdən 23 keyfiyyət və kəmiyyət göstəricisindən istifadə edən dünyanın aparıcı sülhsevərlik göstəricisidir.
İndeks dünyanın vəziyyətini üç sahədə ölçür: ictimai təhlükəsizlik və mühafizə səviyyəsi, davam edən daxili və beynəlxalq münaqişələrin miqyası, o cümlədən militarizasiya dərəcəsi.
Hesabatda həmçinin mövcud münaqişələrin təhlili, eskalasiya nöqtələri, risk qiymətləndirmələri, zorakılığın iqtisadi nəticələri və davamlılığın gücləndirilməsində müsbət sülhün rolu yer alır.
Rusiya 3441 bal toplayıb (keçən illə müqayisədə -2). Ukrayna 3434 balla (-3) ardınca gəlir. Ən təhlükəli beş ölkə arasında Sudan, Konqo Demokratik Respublikası və Yəmən də yer alıb.
Ən təhlükəsiz ölkələr İrlandiya, İslandiya, Yeni Zelandiya, Avstraliya və İsveçrə olub.