Birinci Liqa təmsilçisi "Cəbrayıl" bu gün yoxlama görüşü keçirəcək.
Fanat.Az xəbər verir ki, Cavid Hüseynovun komandası "Sabah"ın əvəzediciləri ilə qüvvəsini sınayacaq.
Tərəflər "ASCO Arena"da üz-üzə gələcəklər. Oyun saat 13:00-da başlayacaq.
"Sabah-2" Əvəzedicilər Liqasında 14 turdan sonra 30 xalla liderdir. "Cəbrayıl" isə I Liqada keçirdiyi 12 oyunda 12 xal toplayıb və hazırda 7-ci yerdə qərarlaşır.