RU

Samvel Karapetyan barəsində qərar verildi

Rusiya vətəndaşı olan erməni iş adamı Samvel Karapetyan barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bu barədə onun vəkili Aram Vardevanyan məlumat verib.

Vəkilin sözlərinə görə, 14 saat davam edən məhkəmə iclası başa çatıb və məhkəmə Karapetyan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti rədd edib.

Nəticədə, ev dustaqlığı qərarı verilib.

Qeyd edək ki, ötən ilin iyununda Ermənistan məhkəməsində Karapetyana qarşı "hakimiyyəti zorla ələ keçirməyə açıq çağırış" maddəsi üzrə ittiham irəli sürülüb. 

 


 
Избранный
110
11
7news.az

10Источники