Tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin dosenti Ədalət Rüstəm vəfat edib.1news.az xəbər verir ki, bu barədə Tibb Universitetinin Mətbuat xidməti məlumat yayıb. O, ATU-nun I cərrahi xəstəliklər kafedrasında çalışıb. 65 yaşlı həkimin ötən gün axşam saatlarında ürək çatışmazlığından vəfat etdiyi bildirilir.