RU

“Fənər”in forvardı “Yuventus”un radarında

“Fənərbaxça”nın forvardı Yusif En-Nesri karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 28 yaşlı hücumçu ilə “Yuventus” yaxından maraqlanır.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, “qoca sinyora” futbolçu üçün “sarı-lacivərtlilər”ə mövsümün sonunadək satınalma şərti ilə icarə təklifi göndərib.

Xatırladaq ki, En-Nesri 2024-cü ilin yayında “Sevilya”dan 19,5 milyon avro qarşılığında “Fənərbaxça”ya transfer olunmuşdu.

Qeyd edək ki, Mərakeş millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində keçirdiyi 25 rəsmi oyunda 8 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Avstriyalı baş məşqçi Premyer Liqa klubunu tərk edəcək

İngiltərədə dekabr ayının ən yaxşı məşqçisi bəlli olub

Günün oyunları bu kanallarda

Premyer Liqada dekabr ayının ən yaxşısı bəlli olub

“Qalatasaray”ın sabiq üzvü HƏBS EDİLİB

Избранный
41
1
apasport.az

2Источники