Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Şahzadə Uilyamın həyat yoldaşı Keyt Middlton bu yaxınlarda ictimaiyyət qarşısında çıxışı ilə kral etiket qaydasını pozub.
Axşam.az xəbər verir ki, Uels şahzadəsi İngiltərə qadın reqbi komandasının şərəfinə keçirilən qəbulda 10 santimetrlik dabanlı ayaqqabılarla iştirak edib. O, bununla da protokol qaydasını pozub.
Ketrin həmin gün Vindzor qəsrində hər kəsdən daha hündür görünürdü. Yeri gəlmişkən, Keytin parlaq qırmızı kostyum seçməsi təsadüfi deyildi. Bu yaxınlarda Reqbi Dünya Kubokunu qazanan komandanın adı "Qırmızı Güllər"dir. Middltonun görünüşü Britaniya idmançılarına hörmət əlaməti hesab edilib.
Lakin ictimaiyyət Keytin geyimindən və ya hətta 10 santimetrlik stiletto ayaqqabılarından o qədər də alqışlamayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.