RU

Parisdə tüstü qumbarası polis əməkdaşlarının zəhərlənməsinə səbəb olub

Bakı. Trend:

Parisdə keçirilən təlim zamanı təlimatçının qapalı məkanda tüstüqumbarasından istifadə etməsindən sonra ən azı iki Paris polisixəstəxanaya yerləşdirilib.

Trend xəbər verirki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Hadisə yanvarın 9-da baş verib. Məlumata görə, təlimatçıtabeliyində olan polis əməkdaşlarının stress şəraitindəperformansını yoxlamaq məqsədilə onları çaşdırmaq istəyib. Lakin o,istifadə edilən tüstü qumbarasının karbon qazı buraxdığını və bucür vasitələrin qapalı məkanlarda istifadəsinə ciddi məhdudiyyətlərolduğunu nəzərə almayıb. Nəticədə, ən azı beş nəfər ciddizəhərlənmə alıb.

Nəşrin məlumatına görə, hadisədən sonra polis əməkdaşlarındanbiri qan öskürüb və dərhal xəstəxanaya aparılıb. Təlimdən əvvəlsəhhətində yüngül problemlər olan digər bir polis isə bir neçə günsonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri Fransa Milli Polisinin Baş Müfəttişliyitərəfindən araşdırılır.

Избранный
114
1
az.trend.az

2Источники