Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.
Publika.az xəbər verir ki, hadisə şəhərin 36-cı məhəlləsində yerləşən apteklərdən birində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və xüsusi texnikası cəlb olunub. Dərhal zəruri və operativ tədbirlərlə yanğın söndürülüb.