Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Avtomobillərdən maqnitofon oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, paytaxtın Nəsimi və Qaradağ rayonlarında müxtəlif vaxtlarda 5 avtomobildən maqnitofon oğurlanıb. Hadisələr zamanı zərərçəkənlərə, ümumilikdə, 2144 manat maddi ziyan vurulub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 23 yaşlı Y.İbrahimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oxunub 32
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.