RU

“Pirotexniki vasitələrdən istifadə görmə, eşitmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər” — XƏBƏRDARLIQ

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib. Pirotexniki vasitələrin gizli satışı ilə məşğul olan 5 nəfər saxlanılıb. Tərtərdə də pirotexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən olunub. Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin ṣəxslərdən aşkarlanan pirotexniki vasitələr götürülüb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Təhlükəsizlik məsələləri eksperti Elmar Nurəliyev Demokrat.az-a açıqlamasına bildirib ki, partlayıcı maddələr və pirotexniki vasitələrin mülki dövriyyədə istifadəsi qadağandır:



“Bu cür vasitələr ətraf-mühitə, ekologiyaya zərər vurur, insanların həyat və sağlamlığına təhlükə törədir. Bunlara daha çox uşaqlar, yeniyetmələr maraq göstərir.  Azyaşlılar bu cür vasitələri alıb elə yerdə saxlaya bilərlər ki, fəsadı daha ağır olar. Bunları evdə nəmişlik, rütubət olan yerlərdə, günəş şüalarının davamlı təsir etdiyi, qızdırıcıların olduğu yerlərdə saxlamaq təhlükəlidir, çünki öz-özünə alışma, yanma, bunun nəticəsində də yanğın, partlayış baş verə bilər. Pirotexniki vasitələrin hansı şirkət, müəssisə tərəfindən istehsal edildiyinə, texniki göstəricilərinə diqqət etmək lazımdır, müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaqla istifadə edilməlidir. Bu vasitələr qeyri-leqal yolla əldə olunduğu üçün istehsalçısı da bilinmir. İstifadə edilməsə belə insanın əlində partlaya bilər, şəxs görmə, eşitmə qabiliyyətini itirə bilər. Xüsusən qapalı məkanlarda, insanların kütləvi toplaşdığı yerlərdə bu cür vasitələrin istifadəsi yolverilməzdir. Onu da nəzərə almaq lazımdır ki, bunların istifadəsi zamanı yüksək səs, işıq effektləri yaranır, bu da səhhətində problem olan insanların, yaşlıların, qocaların, uşaqların narahatlığına səbəb olur”.

Törə Zeynallı
Demokrat.az
Избранный
360
12
demokrat.az

9Источники