Təhlükəsizlik məsələləri eksperti Elmar Nurəliyev Demokrat.az-a açıqlamasına bildirib ki, partlayıcı maddələr və pirotexniki vasitələrin mülki dövriyyədə istifadəsi qadağandır:

“Bu cür vasitələr ətraf-mühitə, ekologiyaya zərər vurur, insanların həyat və sağlamlığına təhlükə törədir. Bunlara daha çox uşaqlar, yeniyetmələr maraq göstərir. Azyaşlılar bu cür vasitələri alıb elə yerdə saxlaya bilərlər ki, fəsadı daha ağır olar. Bunları evdə nəmişlik, rütubət olan yerlərdə, günəş şüalarının davamlı təsir etdiyi, qızdırıcıların olduğu yerlərdə saxlamaq təhlükəlidir, çünki öz-özünə alışma, yanma, bunun nəticəsində də yanğın, partlayış baş verə bilər. Pirotexniki vasitələrin hansı şirkət, müəssisə tərəfindən istehsal edildiyinə, texniki göstəricilərinə diqqət etmək lazımdır, müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaqla istifadə edilməlidir. Bu vasitələr qeyri-leqal yolla əldə olunduğu üçün istehsalçısı da bilinmir. İstifadə edilməsə belə insanın əlində partlaya bilər, şəxs görmə, eşitmə qabiliyyətini itirə bilər. Xüsusən qapalı məkanlarda, insanların kütləvi toplaşdığı yerlərdə bu cür vasitələrin istifadəsi yolverilməzdir. Onu da nəzərə almaq lazımdır ki, bunların istifadəsi zamanı yüksək səs, işıq effektləri yaranır, bu da səhhətində problem olan insanların, yaşlıların, qocaların, uşaqların narahatlığına səbəb olur”.
Törə Zeynallı
Demokrat.az
9Mənbələr
-
baku.wsPlastik butulkalardan içilən su: Xərçəng yaradan nanoplastik hissəciklər... ( 2767804)
-
demokrat.az“Pirotexniki vasitələrdən istifadə görmə, eşitmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər” — XƏBƏRDARLIQ ( 2531392)
-
olke.az“Azparking”dən kimlər ödənişsiz istifadə edə bilər? ( 2444370)
-
valyuta.az“Azparking”dən kimlər ödənişsiz istifadə edə bilər? ( 2441283)
-
vetennamine.azPlastik çirklənmənin dəniz həyatına təsiri - Vətən Naminə ( 2238109)
-
bizim.mediaPaytaxtın tıxaclarına ÇARƏ – Skuter və velosipedlərdən istifadə NƏYİ DƏYİŞƏCƏK? ( 2191747)
-
oxu.azDağıdıcı müharibələrin daha bir DƏHŞƏTLİ ÜZÜ: “İstifadə olunan müasir silahlar ekologiyanın məhvini...” ( 1977605)
-
yenicag.azDağıdıcı müharibələrin daha bir DƏHŞƏTLİ ÜZÜ: “İstifadə olunan müasir silahlar ekologiyanın məhvini…” ( 1974293)
-
bizim.mediaXƏBƏRDARLIQ: “Həkim məsləhəti olmadan antibiotiklərdən istifadə…” ( 1971266)