RU

Günəşlidə dayanacağa piyada nışanı niyə qoyulub?VİDEO

Bir tərəfdə yolu keçə bilməyən piyadalar, digər tərəfdən isə dayanacağa yaxınlaşa bilməyən avtobuslar...

Xezerxeber.az xəbər verir ki, avtobus dayandıqda piyada zolağını zəbt edir. Yol hərəkətinin təşkilindəki bu nöqsan paytaxtın Suraxanı rayonu, Surxay Noçuyev küçəsində yaşanır.

Sakinlər deyirlər ki, düz dayanacağa bitişik olan piyada zolağından keçmək mümkün deyil. Yolun digər tərəfindən keçən piyalar üçün qəza riskini hər an artırır.

Onlar deyir ki, dayanacaq əvvəl də həmin yerdə olub. Sonradan zolağı çəkib ərazidə nişan qoyublar. Hansıki, yaranmış vəziyyət avtobus sürücülərini də ciddi narahat edir.

Yol hərəkəti qaydaları üzrə ekspertlər deyirlər ki, yol polisi əgər belə bir halla rasatlaşsa avtobus sürücülərini piyada zolağını zəbt etməyə görə cərimə yaza bilər.  Amma dayanacağın orda olması mübahisə yaradır. Qanuna görə də piyada zolağı avtobus dayacağından bir neçə metr ya öndə, ya da arxada olmalıdır.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumdan bildirdilər ki, ünvanladığımız sorğuya bazar ertəsi, cavab veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
25
xezerxeber.az

1Источники