RU

Göyərtəsində 11 nəfər olan təyyarə radarlardan itib

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Indonesia Air Transport" şirkətinə məxsus təyyarə Cənubi Sulavesi vilayətinin Maros dairəsi ərazisində radarlardan itib. Avtosfer.az xəbər verir ki, bu barədə yerli "Detik" portalı məlumat yayıb. "ATR 400" tipli təyyarənin yeri hələ də məlum deyil. "Indonesia Air Transport" şirkətinə məxsus təyyarənin göyərtəsində 11 nəfər olub. Axtarış-xilasetmə xidmətinin əməliyyat şöbəsinin rəhbəri Andi Sultan təsdiqləyib ki, göyərtədə səkkiz ekipaj üzvü və üç sərnişin olub. Təyyarə Cokyakartadan Makassara uçuş həyata keçirirdi. Hava gəmisinin dəqiq yeri hələ də məlum deyil. "Çox güman ki, təyyarə qəzaya uğrayıb", – sonradan XIV hərbi dairənin komandanı general-mayor Banqun Navoko jurnalistlərə bildirib. Yanğın ocaqlarının aşkarlandığı meşəlik ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Oxunub 26

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
62
1
avtosfer.az

2Источники