RU

Azarkeşlər Alonsoya “torba” tikənləri fitə basdılar: Vinisius ağladı

“Real” azarkeşləri klubdakı vəziyyətdən çox narazıdırlar.

Publika.az xəbər verir ki, “Levante” ilə oyundan əvvəl azarkeşlər etiraz aksiyası keçirəcəklərini açıqlamışdılar.

Klubun reaksiyası çevik oldu: hər bir belə azarkeş gələcəkdə oyunlarda iştirak qadağası ilə hədələndi. Bu işlədi? Əlbəttə yox.

Azarkeşlər əvvəlcə “Bernabeu”da klub avtobusunu fitlə qarşıladılar, sonra isinmə hərəkətləri zamanı da eyni hərəkəti davam etdirdilər. Vinicius Júnior ən ağrılı reaksiya verdi, göz yaşlarına boğuldu. Ona Kilian Mbappe və fitness məşqçisi Antonio Pintus tərəfindən təsəlli verildi.

Избранный
79
2
publika.az

3Источники