RU

Azərbaycanda daha bir ZƏLZƏLƏ

Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı-Ağsu sərhədində, Ağsu rayonu ərazisində 3,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə, yerli vaxtla saat 07.56-da baş verən zəlzələ episentrdə 4 bal, ətraf yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib.

Xatırladaq ki, bundan öncə Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı rayonunda da zəlzələ qeydə alınmışdı. 3,7 maqnitudalı zəlzələ ocağının dərinliyi 9 kilometr olub.

Bizim.Media

Избранный
72
25
bizim.media

10Источники