RU

Ukraynada döyüşmək üçün azərbaycanlılara 28 min manat təklif olunur - QALMAQAL

Rusiya-Ukrayna müharibəsinə Azərbaycan vətəndaşlarının cəlb olunması artıq gizli deyil. Müharibədə bu günə qədər onlarla Azərbaycan vətəndaşının həlak olması barədə məlumatlar var. Soydaşlarımızın hərbi əməliyyatlara cəlb olunmasında müxtəlif qeyri-rəsmi kanallar və sosial şəbəkələr vasitəsilə yayılan elanlar, əlaqələndiric şəxslər mühüm rol oynayır.

Aznews.az xəbər verir ki, xüsusilə "VK.com" və "Telegram" platformalarında Rusiya Müdafiə Nazirliyinin adından istifadə edilərək cəlbedici şərtlərlə hərbi xidmət təklifləri yerləşdirilir.

Yayılan elanlarda Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər MDB ölkələrinin vətəndaşlarına müqavilə əsasında xidmət təklif olunur. Şərtlər isə kifayət qədər "səxavətli" görünür.

Belə ki, müqavilə bağlanan an muzdlu döyüşçüyə dərhal 1 500 000 rubl (təxminən 28 000 AZN) birdəfəlik ödəniş verilir, aylıq 210 min rubla (təxminən 4 000 AZN) qədər məvacib kəsilir. Bundan başqa, cəmi 6 aylıq xidmətdən sonra Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada verilməsi vəd edilir.

Təklif olunan vəzifələr arasında hücum qrupları, dron operatorları, minaaxtaranlar və sürücülər (C, D, E kateqoriyalı) yer alır. Lakin bu vədlərin arxasında dayanan reallıq daha acınacaqlıdır. Son statistikalar göstərir ki, bu yolla cəbhəyə gedən azərbaycanlılar ən qaynar nöqtələrə göndərilir və onların arasında ölüm halları olduqca yüksəkdir.

Избранный
75
6
aznews.az

7Источники