Azərbaycan Basketbol Liqasında bu gün XIII tura yekun vurulacaq.
Apasport.az xəbər verir ki, turun sonuncu oyun günündə A qrupunda iki qarşılaşma baş tutacaq.
Saat 15:00-da "Sabah" - "Şəki" matçı start götürəcək. "Sabah" 21 xalla ikinci pillədə qərarlaşıb. 14 xala malik "Şəki" isə 5-cidir.
NTD - "Abşeron Lions" görüşünə isə saat 18:00-da start veriləcək. "Abşeron Lions" 23 xalla qrupda lider mövqeyindədir. NTD isə 12 xalla sonuncu - 6-cıdır.
Hər iki matçı Bakı İdman Sarayında keçiriləcək.
“Şəki” Azərbaycan Kubokunun 1/4 finalında
Azərbaycan Kubokunda daha iki oyun keçiriləcək
Azərbaycan Kuboku: “Neftçi” 1/4 finalda
Basketbol üzrə Azərbaycan Kubokunda mövsümə bu gün start veriləcək
Lənkəran təmsilçisi kanadalı basketbolçu ilə yolları ayırıb