RU

Qvardiola mövsümün sonunda “Siti”dən ayrıla bilər – KİV


Futbol tarixinin ən çox titul qazanan məşqçilərindən biri olan ispaniyalı Xosep Qvardiola cari mövsümün sonunda İngiltərənin “Mançester Siti” futbol klubunun baş məşqçisi vəzifəsindən ayrıla bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Ceyms Con sosial media səhifəsində məlumat yayıb.
O öz mənbəsinə istinadla bildirib ki, “Mançester Siti” rəhbərliyi Qvardiolanın klubdakı gələcəyi ilə bağlı danışıqlar aparır və qərarın komandanın mövsümün sonundakı nəticələrinə əsasən veriləcəyi gözlənilir.
Jurnalist həmçinin qeyd edib ki, “Mançester Siti” rəhbərliyi yanvarın 1-də “Çelsi”dən qovulmuş italiyalı məşqçi Enzo Mareskanın heyəti ilə əlaqə saxlayıb.
Избранный
161
1
yeniavaz.com

2Источники