RU

Yaponiya valyutası dollar qarşısında - ƏN AŞAĞI HƏDDƏ DÜŞÜB

Yaponiya yeni dollar qarşısında 2024-cü ilin yayından bəri ən aşağı həddə düşüb.

Kriptobirjada son durum: "Bitcoin" və "Ethereum" ucuzlaşıb

FED.az biznes və maliyyə xəbərləri portalı «Bloomberg»ə istinadən xəbər verir ki, ötən həftə yapon valyutası dollar qarşısında bir qədər də ucuzlaşaraq 1 dollar üçün 159 yenə enib.

Qeyd edək ki, 2025-ci ildə yapon yeni «Böyük səkkizlik» ölkələri valyutaları arasında dollarla münasibətlə ən pis göstərici nümayiş etdirib – dollar qarşısında cəmi 0,3% möhkəmlənib.

İndi isə bu artım 2026-cı ilin elə əvvəlində aradan qalxıb. Hazırda 1 dollar 158,2 yenə bərabərdir.

Xatırladaq ki, bir neçə həftə əvvəl Hindistan Yaponiyanı keçərək dünyanın 4-cü böyük iqtisadiyyatı olub. Hazırda dünyanın ən böyük iqtisadiyyatı ABŞ, daha sonra isə Çin və Almaniyadır.

2025-ci ilin əvvəlində isə ABŞ-ın Kaliforniya ştatı Ümumdaxili Məhsulun həcminə görə, Yaponiyanı keçmişdi.

Избранный
138
fed.az

1Источники