RU

Suriya prezidenti ABŞ ın xüsusi elçisi ilə GÖRÜŞDÜ KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Suriya prezidenti Əhməd əş-Şəraa ABŞ-ın xüsusi elçisi Tomas Barrakı Dəməşqdə qəbul edib. Bu barədə SANA agentliyi məlumat yayıb.

KONKRET.az xəbər verir ki, məlumata görə, görüş zamanı Əhməd əş-Şəraa Suriyanın bütün ərazisi üzərində birliyinin və suverenliyinin vacibliyini vurğulayıb. O, hazırkı mərhələdə dialoqun əhəmiyyətini, eləcə də bütün suriyalıların iştirakı ilə yeni Suriyanın qurulmasının prioritet olduğunu qeyd edib.

Prezident həmçinin terrorizmlə mübarizə sahəsində koordinasiyalı səylərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə Suriya ilə ABŞ arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi yolları, eləcə də regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Natiq Səlim,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
2
konkret.az

3Источники