Qusar şəhərində taekvondo üzrə rayon birinciliyi təşkil olunub.
"Football-plus.az" xəbər verir ki, yarış Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Tofik İsmayılov adına 6 nömrəli tam orta məktəbin idman zalında baş tutub.
Birincilikdə gənclər və idman sektorunun əməkdaşları, taekvondo üzrə məşqçi-müəllimlər və ümumilikdə 50 nəfər idmançı iştirak edib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda müxtəlif çəki dərəcələri üzrə 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri müəyyənləşib.
Qalib və mükafatçılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта