RU

İlham İsmayıl xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır

Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl xəstəxanaya yerləşdirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə onun bacısı Bəsti İsmayıl sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, qardaşı İlham İsmayıl bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib.

Bəsti İsmayıl tanınmış ekspertin vəziyyətinin ağır olduğunu və reanimasiyaya yerləşdirilidiyini yazıb. İlham İsmayılın bacısının sözlərinə görə, həkimlər ona daxili qanaxma diaqnozu qoyublar. 

 

 


Telegram kanalımız
Избранный
92
16
yenisabah.az

10Источники