RU

Yağışlı hava sürüşmə zonalarını aktivləşdirirVİDEO

İntensiv yağan yağışlar sürüşmə zonalarını aktivləşdirir.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın bəzi ərazilərində, daha dəqiq desək, Zığ, Əhmədli, Qaraçuxur, Günəşli, Badamdar, Bayıl qəsəbəsində, həmçinin Abeşron rayonu, Masazır qəsəbəsində sürüşməyə meyilli ərazilər aktivləşə bilər.

Bəzən bir neçə aylıq yağıntı norması cəmi bir neçə gün ərzində düşür ki, bu da torpaq qatının həddindən artıq nəmlənməsinə səbəb olur.

Mütəxəssislərin fikrincə, bu vəziyyət paytaxtın relyefi üçün ciddi siqnaldır.

Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib ki, sürüşmə təhlükəsini yaradan yalnız təbiət deyil, həm də insan amilidir. Onun sözlərinə görə, dayanıqlığı itmiş yamaclarda aparılan plansız tikinti işləri və düzgün qurulmayan mühəndis-kommunikasiya sistemləri torpaq sürüşməsinə zəmin yaradır.

Mütəxəssis bildirib ki, yağıntıların davam edəcəyi təqdirdə, həm sakinlərin, həm də aidiyyəti qurumların daha diqqətli olması vacibdir. Çünki drenajsız hər bir yığılan su kütləsi hər an torpağın alt qatını çökdürə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
52
2
xezerxeber.az

3Источники